Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiya Ukrayna ilə diplomatik əlaqələrini dayandıra bilər

Tarix: 12-08-2016 19:53     Baxış: 3585 A- / A+
Rusiya Ukrayna ilə diplomatik əlaqələrini dayandıra bilər
Rusiya baş naziri Dmitrii Medvedev Krımda baş verən hadisə ilə bağlı ölkəsinin Ukrayna ilə diplomatik münasibətləri dayandıracağını istisna etməyib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bir zaman Gürcüstanla Rusiya arasında diplomatik əlaqələrin dayandırıldığını xatırladan D. Medvedev deyib ki, Ukrayna ilə belə halın yaşamasını istəmir.

Bununla belə, D. Medvedev bildirib ki, əgər vəziyyətə təsir etmək üçün başqa variant qalmasa, dövlətin xarici siyasətini həyata keçirən Rusiya prezidenti belə bir qərar qəbul edə bilər: “Krımda terror aktına cəhd Rusiya dövlətinə və xalqına qarşı cinayətdir. Ukrayna hakimiyyəti belə bir əmələ əl atmaqla, Ukrayna xalqının diqqətini daxili problemlərdən yayındırmağa cəhd edir”.

Qeyd edək ki, “İzvestiya” qəzeti Rusiya xarici siyasət idarəsindən olan mənbəyə istinadən yazıb ki, Moskva Ukrayna kəşfiyyatının Krımda təxribat cəhdinə cavab olaraq iki ölkə arasında diplomatik münasibətləri pozmaq variantını nəzərdən keçirir. Yazıda qeyd edilib ki, rəsmi Moskva Kiyevdəki səfirliyini bağlaya və bütün diplomatları geri çağıra bilər.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna Müdafiə Nazirliyi kəşfiyyatının Krımda təxribat törətmək cəhdi barədə məlumat yayıb. Cəhdin qarşısı alınarkən iki rusiyalı hərbçinin öldüyü bildirilir.

Rusiyanın maraqlarını Ukraynada müvəqqəti işlər vəkili Sergey Toropov təmsil edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar