Xəbər lenti
Aleksandr Novak Pərviz Şahbazovla görüşdü
Bakıda OPEK və qeyri-OPEK ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakla görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə qlobal neft bazarının sabitliyi ilə bağlı OPEK+ çərçivəsində görülən tədbirlər, dekabr qərarının icra vəziyyəti, Azərbaycan-Rusiya enerji əməkdaşlığı ətrafında müzakirələr aparılıb.
Aleksandr Novak hasilatın azaldılması ilə bağlı ölkəsinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib və öhdəliyin icrası ilə bağlı prosesin tədrici xarakter daşıdığını qeyd edib. Onun sözlərinə görə, qlobal neft bazarında növbəti dövr üçün gələcək addımların müəyyənləşdirilməsi məqsədilə may ayında müzakirələrin keçirilməsi daha məqbul ola bilər.
Energetika naziri Pərviz Şahbazov dünya neft bazarının inkişaf tendensiyalarından bəhs edərək, qiymət sabitliyinin saxlanması üçün əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Rusiya istiqamətində neftin nəqli, Azərbaycan-Rusiya-İran enerji sistemlərinin əlaqələndirilməsi, “Star” neft emalı zavoduna Rusiya neftinin təchizi, “Türk axını” layihəsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi məqsədilə iki ölkənin müvafiq nazirlikləri arasında Anlaşma Memorandumunun imzalanması barədə razılığa gəlinib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar