Xəbər lenti
“Ermənistan güneyli azərbaycanlılardan ehtiyat edir” - politoloq

“İrəvan İrana həm inanır, həm də ehtiyat edir”. Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ermənistan hakimiyyəti İranın Ermənistan üzərindən Gürcüstana qaz satmasını çox istəyir.
“İrəvan yeni hiyləyə əl atıb. Ermənistanın Enerji və Təbii Sərvətlər naziri Qaregin Baqranyan deyib ki, əgər Gürcüstan İrandan qaz almaq istəyərsə, yeni boru xəttinin çəkilişinə ehtiyac yoxdur. Onun sözlərinə görə, İran mövcud boru xətti ilə Ermənistana indikindən çox qaz ixrac edir, Rusiya da mövcud boru xətti ilə Ermənistan üçün nəzərdə tutulan eyni miqdarda qazı Gürcüstana ötürəcək. Erməni nazir nəzəri kombinasiyadan söhbət açır. Ancaq onun təklifinin reallaşması üçün Ermənistandan başqa 3 dövlətin - İranın, Gürcüstanın və İranın razılığı alınmalıdır”, - deyə o qeyd edib.
Politoloq İrəvanın Tehrandan ehtiyat etməsinin səbəblərinə də aydınlıq gətirib: “Deyəsən, Ermənistan işğal etdiyi ərazilərlə İran arasındakı sərhəddə etibar etmir. Təsadüfi deyil ki, Ermənistanın təhlükəsizlik naziri Artur Vanetsyan Dağlıq Qarabağa gələrək özü birbaşa İranla sərhəddə yoxlama həyata keçirib. Ermənistan sərhədin bu hissəsini gücləndirir, əlavə qüvvələr yerləşdirir. Görünür, Ermənistanda belə bir düşüncə var ki, müharibə başlayacağı təqdirdə İran üzərindən də işğal altındakı torpaqları hansısa təhlükə gözləyə bilər. Bunu açıq dilə gətirmirlər, ancaq ermənilərin əməlləri bundan xəbər verir. Həqiqətən total müharibə şəraitində İranda yaşayan azərbaycanlılar seyrçi qalmaya bilərlər”.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar