Xəbər lenti
Rəsmi Tehrandan Qarabağla bağlı mesaj - Əli Şamxani Məmmədyarovla bir araya gəldi
İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İran Ali Milli Təhlükəsizik Şurasının katibi Əli Şamxani ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüşdə ikitərəfil əlaqələrin gündəliyində duran məsələlər ilə yanaşı, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müzakirələr aparıldı. Həmçinin bölgədə təhlükəsizlik, əməkdaşlıq və inkişafa dair ətraflı fikir mübadiləsi aparıldı.
Nazir Elmar Məmmədyarov ikitərəfi iqtisadi münasibətlərdən danışaraq, həmsöhbətinə hazırda həyata keçirilən iqtisadi layihələr barədə məlumat verdi. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiəsinin həlli üzrə danışıqların son vəziyyəti barədə qarşı tərəfi məlumatlandırdı.
Əli Şamxani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiəsinin həlli üzrə İranın mövqeyinin dəyişilməz olduğunu qeyd etdi. O, münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh və diplomatic danışıqlar yolu ilə həllinin dəstəklənildiyini vurğulayıb.
Tərəflər arasında, həmçinin regionda təhlükəsizliyə təhdid olan İŞİD və digər terror qruplaşmalarına qarşı birgə mübarizə məsələləri müzakirə edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar