Sizin Reklam Burada
Xəbər lenti
12-05-2024
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

Elmar Məmmədyarov İranda həmkarı ilə nələri müzakirə edib?

Tarix: 09-03-2019 18:15     Baxış: 2232 A- / A+
Elmar Məmmədyarov İranda həmkarı ilə nələri müzakirə edib?


Azərbaycan Respublikasının xarici işlər naziri İranlı həmkarı ilə görüşüb.

İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə İran xarici işlər naziri Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə tərəflər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də turizm və mədəniyyət sahələrində əlaqələrin inkişafı, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən YUNESKO çərçivəsində əməkdaşlığın genişləndirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər Azərbaycanın cari ildə Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının zirvə görüşünə ev sahibliyi edəcəyini nəzərə alaraq, zirvə görüşündən öncə keçiriləcək xarici işlər nazirlərinin görüşünü müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayaraq, bu xüsusda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli məsələsini qeyd edib və qarşı tərəfə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə məlumat verib.

İran naziri Cavad Zərif Azərbaycanın təhlükəsizlik və inkişafını özünün təhlükəsizliyi və inkişafı bildiyini söyləyib. İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulanıb. İkitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün müzakirə obyekti olan layihələrin sürətləndirilməsinin vacib olduğu qeyd edilib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərin İranın rəsmi mövqeyi olduğu bildirilib. Nazir Cavad Zərif ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməsinə tərəfdar olduğunu vurğulayıb. /mia.az/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar