Xəbər lenti
"Danışıqların dalana dirənməsi müharibəni qaçılmaz edir" — Millət vəkili
Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra bir daha özünün diletant siyasətçi olduğunu nümayiş etdirdi. Çünki onun səsləndirdiyi fikirlərin biri digərini inkar edir və yaxud da atmış olduğu addım, söylədiyi fikirləri tamamlamır".
Manevr.az xəbər verir ki, bunu "ölkə.az"-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, mahiyyət etibarı ilə istədiyi bəlli olsa da, ancaq konkret olaraq mövqeyinin olmadığı ortadadır.
"Düzdür, mahiyyət etibarı ilə Paşinyan bu gün danışıqlar prosesini pozub mövcud status-kvonu saxlamağa çalışır. O, bu yolla erməni cəmiyyətində hakimiyyətinin mövqeyini möhkəmləndirməyə çalışır. Bu yolla ambisiyalarını reallaşdırmaq istəyir. Lakin Paşinyan onu dərk etmir ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmadan Ermənistanın nicatı yoxdur", - deyə millət vəkili vurğulayıb.
F.Ağamalı bildirib ki, torpaqları işğaldan azad edib Azərbaycan və Türkiyə ilə beynəlxalq hüquq müstəvisində normal münasibətlər qurmadan bu ölkənin sabahı yoxdur:
"Torpaqlar işğaldan azad olamadan nə Ermənistan cəmiyyətinin, nə də dövlətinin gələcəyi yoxdur. Məhvə məhkumdur. Azərbaycanın bu ölkəyə hərbi müdaxilə etmədən iqtisadi blokadasını davam etdirməsi Ermənistanı bir dövlət kimi çökdürəcək. Odur ki, Ermənistanın torpaqları işğaldan azad etməkdən başqa alternativi yoxdur. Bilmirəm Ermənistan rəhbərliyi bunu görür ya yox. Görürsə də etiraf etmək istəmir", - deyə deputat vurğulayıb.
O əlavə edib ki, ümumiyyətlə Paşinyanın Qarabağla bağlı yürütdüyü siyasət təkcə Azərbaycanın maraqlarının deyil, eyni zamanda münaqişənin danışıqlar yolu ilə tənzimləmək üçün yaradılan ATƏT Minsk Qrupu həmsədrlərinin yürütdüyü siyasətinin əksinədir.
"Paşinyan bu siyasəti ilə ATƏT Minsk Qrupunun danışıqlar prosesində əldə etdiyi bütün uğurların üstündən xətt çəkir. Hansı ki, danışıqlarda əldə olunan razılqılar heç də Azərbaycanın maraqlarına cavab vermir. Paşinyan bu siyasəti ilə danışıqlar prosesini dalana dirəyir və danışıqlar prosesini pozmaqla, onun qarşısını alır", - deyə deputat qeyd edib.
F.Ağamalı bildirib ki, danışıqların dalana dirənməsi isə müharibəni qaçılmaz edir.
"Belə olan halda yeganə alternativ müharibədir. Azərbaycan öz Silahlı Qüvvələrini hərəkətə gətirməklə torpaqlarını işğaldan azad etməlidir. Çünki Paşinyanın yürütdüyü siyasət Azərbaycana başqa alternativ qoymur", - deyə F.Ağamalı bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar