Xəbər lenti
Gürcüstan prezidenti azərbaycanlılara cavab verdi
Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) müraciətinə müsbət cavab verib.
Manevr.az-ın məlumatına görə, GAK sədri Hüseyn Yusubov bildirib ki, dövlət başçısı soydaşlarımızın prezident administrasiyasında və digər dövlət və hökumət strukturlarında işlə təmin olunması təklifini müsbət dəyərləndirib.
Administrasiyadan konqresə daxil olan məktubda deyilir ki, dövlət başçısı gürcü dilini mükəmməl bilən, ali təhsilli gənclərin dövlət strukturlarında işlə təmin olunmasında maraqlıdır. Bu baxımdan administrasiya konqres rəhbərliyi ilə görüşüb məsələni dərindən müzakirə etmək istəyir və azərbaycanlı gəncləri müsabiqəyə dəvət edir.
Xatırladaq ki, GAK sədri Hüseyn Yusubov Prezident Salome Zurabişviliyə müraciət edərək gürcü dilini və xarici dilləri bilən, ali təhsilli azərbaycanlı gənclərin prezident administrasiyasında işə cəlb olunmalarını təklif etmişdi.Azərtac
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar