Xəbər lenti
Slovakiyanın Azərbaycanda səfirliyi açılacaq

Yaxın gələcəkdə Slovakiyanın Azərbaycanda səfirliyi açılacaq.
Manevr.az bildirir ki, bunu trend-ə müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak deyib.
M.Layçak qeyd edib: "Slovakiyanın Baş naziri Piter Pelleqrini 2018-ci ilin noyabrında Azərbaycana rəsmi səfəri zamanı Bakıda səfirliyimizin açılmasında maraqlı olduğumuzu təsdiq etdi. Hesab edirəm ki, səfirliyimiz yaxın gələcəkdə açılacaq".
O, həmçinin iki ölkə arasında vizasız rejimin tətbiqi imkanlarından da danışıb:
"Slovakiya Avropa İttifaqının üzv dövləti kimi Aİ-nin ümumi viza siyasətinə malikdir. Belə olan halda biz ölkələrimiz arasında vizasız rejimin tətbiqi üzrə fərdi ikitərəfli razılaşma əldə edə bilmərik. Ümumiyyətlə isə Slovakiya vizasız rejimin yaradılması üzrə səyləri dəstəkləyir".
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar