Xəbər lenti
Azərbaycan və Türkiyə Ermənistan sərhədində HƏRƏKƏTƏ KEÇDİ - Düşmən QORXU İÇİNDƏ

21-22 fevral tarixlərində Türkiyənin Ermənistan sərhədində yerləşən Qars vilayətində "Qış-2019" hərbi təlimləri keçirildi. 15 ölkənin, həmçinin Azərbaycan, Bosniya və Herseqovina, Qətər, Böyük Britaniya, Almaniya və İtaliya hərbşilərinin iştirak etdiyi təlimlərə 5 "ATAK" helikopteri, 1 "CH-47 Chinook" helikopteri, 4 "F-16" qırıcısı, 2 "CN-235 CASA" təyyarəsi, 402 zirehli texnika, 762 silah və 2087 hərbçi cəlb olunmuşdu. Təlimlər Ermənistanda böyük qorxu yaradıb.
Manevr.az publika.az-a istinadla xəbər verir ki, erməni eksperti David Arutyunovun sözlərinə görə, təlimlərə Dağlıq Qarabağ münaqişəsini nəzərə alaraq, Rusiya və Ermənistana təzyiq elementi kimi baxmaq olar.
"Türkiyə bir çox ölkələrlə hərbi sferada əməkdaşlıq edir, bu onların strategiyasıdır. Digər tərəfdən, müəyyən geosiyasi kontekstin mövcudluğu haqqında danışmaq olar", - o deyib.
Türkiyə Suriya haqqında Rusiyayla, xüsusi halda təhlükəsizlik zonalarına nəzarət və kürd məsələsi üzrə mürəkkəb sövdələşmələr apardığını deyən erməni eksperti 2016-cı il aprel müharibəsinin kəskin Rusiya-Türkiyə qarşıdurması fonunda başlandığını iddia edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar