Xəbər lenti
Suriya erməniləri Azərbaycan ərazilərinə köçürülür - AÇIQLAMA

Ermənistan tərəfi qeyri-qanuni şəkildə Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürür.
Manevr.az-ın məlumatına görə, bunu Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində "Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar" adlı hesabatın təqdimatı mərasimində bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi humanitar siyasət adı altında öz çirkin məqsədlərini həyata keçirir:
"Onlar Suriyadan erməniləri işğal edilmiş Azərbaycan ərazilərinə köçürürlər. Onlar beynəlxalq humanitar qanunları kobud şəkildə pozaraq, erməniləri heç vaxt yaşamadıqları Azərbaycan ərazilərinə köçürürlər".
"Beynəlxalq qanunlara əsasən, insanları kütləvi şəkildə münaqişə zonasına köçürmək yolverilməzdir", - deyə PA rəsmisi qeyd edib.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar