Xəbər lenti
Rusiyalı deputat: "Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident təxribatdır"

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev Moskvada azərbaycanlılar və çeçenlər arasında səs-küyə səbəb olmuş hadisəyə birmənalı qiymət verib.
Deputatın sözlərinə görə, bu insident Rusiya-Azərbaycan dostluq münasibətlərinin inkişafı tempinin yavaşlamasında maraqlı olan şəxslərin təxribatıdır.
Manevr.az trend-ə istinadən bildirir ki, D.Savelyev jurnalistlərlə söhbətində deyib: "Rusiya, o cümlədən onun tərkibinə daxil olan Çeçenistan üçün Azərbaycanla münasibətlər strateji xarakter daşıyır və ölkələrimiz arasında dostluq əlaqələri ildən ilə möhkəmlənir".
Deputat xatırladıb ki, 2018-ci il bu mənada iqtisadiyyat, siyasət və mədəniyyətdə bütün göstəricilər üzrə rekord il olub:
"Ötən il əsrin dörddə biri ərzində müzakirə olunan Xəzər dənizinin statusunun nəhayət ki, müəyyən edilməsini xatırlatmaq kifayətdir. Azərbaycanla Çeçenistanın çoxşaxəli əlaqələri isə iqtisadi sahədə Rusiya-Azərbaycan birgə layihələrinin inkişafının perspektivli istiqamətlərindən biridir".
D.Savelyev vurğulayıb ki, ölkələrimizin mövqelərinin güclənməsi üçüncü qüvvələri narahat edir:
"Həmin epizodun KİV-lərdə bu cür əks-səda doğurması məhz onların təsirinin nəticəsidir. Şübhə yoxdur ki, həmin insidentin hüquq-mühafizə orqanları tərəfindən təhqiqatına ehtiyac var. Eyni zamanda, hökumətlərarası strukturlar bu epizodun KİV-lərdə bu qədər şişirdilməsinin səbəbini araşdırmalıdır".
Qeyd edək ki, fevralın 14-də Moskvada "Neolit" kafesinin yanında silahlı münaqişə baş verib. Hadisə yerinə gələn polis dava iştirakçılarından 18 nəfəri tutub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar