Xəbər lenti
Paşinyanın taleyi Bakının əlindədir – Şərh
Ermənistanın Baş naziri Nikol Paşinyanın müstəqilliyi uzun çəkməyəcək.
Bunu açıqlamasında "Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.
"Rusiyadakı erməni lobbisinin kapitalının Ermənistana daxil olmaması əməlli-başlı Paşinyanın əl-qolunu bağlayıb. Məhz bu faktor Nikola xarici siyasətdə dəyişiklik etməyə imkan vermir. Hökumətin 5 illik proqramına Rusiya ilə dərin iş birliyi məsələsinin salınması Paşinyanın açıq şəkildə keçmiş prezident Serj Sərkisyanın xarici siyasətini davam etdirdiyini ortaya qoyur”, - E.Ələsgərov bildirib.
Politoloq Qərbin demək olar ki, Paşinyandan üz döndərdiyini düşünür:
"Qərbin gözləntiləri var idi, ancaq Paşinyan onları doğrulda bilmədi. Artıq Qərb də fərqindədir ki, Paşinyanın vədləri boş söhbətdən başqa bir şey deyil”.
Politoloqun sözlərinə görə, Paşinyanın konsepsiyaları əslində hakimiyyətdə qalmağa hesablanıb:
"Ümumiyyətlə, Ermənistan dövləti və hakimiyyəti çox zəifdir. Belə bir vəziyyətdə müstəqil siyasət yeritmək çox çətin olacaq. Bu mənada Paşinyan yaxın zamanlarda müstəqilliyini itirəcək. Onun yeganə çıxış yolu Bakı ilə uzlaşmaq və işğalçı erməni ordusunu Azərbaycan torpaqlarından çıxarmaqdır”.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar