Xəbər lenti
Bakı və Tiflis əlaqələrinə kimlər zərbə vurur? - Vasadze
Əgər hadisələri yaxından izləsəniz, Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışan şəxsi asanlıqla təxmin edə bilərsiniz.
Manevr.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında gürcü politoloq Gela Vasadze deyib. Onun sözlərinə görə, baş verənlərin bütün mahiyyətini anlamaq üçün mütləq hadisələrin xronoloji nəticələrinin təhlili aparılmalıdır.
“Gürcütanla Azərbaycan arasında inkişaf trendi var və bununla eyni vaxtda Bakı ilə İrəvan arasında bir sıra danışıqlar baş tutub, Qarabağ məsələsində irəliləyiş müşahidə edilir. Bunun ardınca isə biz Cənubi Qafqazdakı hər kəsi bir-birinə düşmən etməyə xidmət edən informasiya tullantılarına şahid olduq. Biz bütün bunlardan keçmişik, bütün bunları bilirik. Bunların kimə sərfəli olduğunu da bilirik, ancaq məsələ burasındadır ki, biz hələ də buna müqavimət göstərməyi öyrənməmişik. Çox acınacaqlı vəziyyətdir. Bizim (Azərbaycan və Gürcüstan) çətinləşən vəziyyətdə müdriklik nümayiş etdirməyimiz vacibdir”, - gürcü ekspert bildirib.
Həmsöhbətimizin fikrincə, hazırkı məqamda gürcü hökumətinin baş verənlər ətrafında qəti mövqeyi olmalıdır.
“Heç bir halda emosiyalar məntiqdən üstün olmamalıdır. Ən əsası – rəsmi Tiflis baş verənlərə dərhal və sərt şəkildə reaksiya verməlidir. Faktiki olaraq burada söhbət iki ölkə arasındakı informasiya gündəmindən gedir. Bugünkü gündəm isə hansısa mənfi çalara bürünür. Bu, Gürcüstan kimi, bütün regionun sabitliyi üçün təhlükəlidir. İlk növbədə hər şeyi öz adı ilə çağırmaq, ikincisi isə bütün bunları sifariş edən ölkələri açıqlamaq cəsarətinə sahib olmaq lazımdır”, - Vasadze qeyd edib.
Onun sözlərinə görə, bunlar olmadan Bakı və Tiflis ətrafında baş verənlərlə bağlı aydın bir anlayışa sahib olmaq mümkün olmayacaq.
Qeyd edək ki, bu il yanvarın 20-də Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında və Xocalı qətliamında iştirak etmiş Mixail Avaqyana qoyulan büstün açılışı keçirilib. Bundan bir neçə gün sonra Ermənistan Silahlı Qüvvələrinin 27-ci ildönümündə Ermənistanın Gürcüstandakı səfirliyi Tiflisdə ön cərgələrində Qarabağ müharibəsində iştiraka görə orden və medallarla təltif edilmiş erməni döyüşçülərin oturduğu rəsmi qəbul keçirib.
Tiflisdə dərc olunan “Kavkaz Plyus” nəşri məsələni “Gürcüstan və Azərbaycan dostluğuna zərbə” kimi işıqlandırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar