Sizin Reklam Burada
Xəbər lenti
03-02-2026
02-02-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıya xəyanət edən general “prezident” olmağa hazırlaşır

Tarix: 06-02-2019 18:42     Baxış: 3378 A- / A+
Bakıya xəyanət edən general “prezident” olmağa hazırlaşır

Qondarma Qarabağ rejiminin keçmiş müdafiə naziri Samvel Babayan separatçı rejimin prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırır.

Manevr.az
xəbər verir ki, bunu Babayan “Azadlıq radiosu”na müsahibəsində deyib. O, mart ayından etibarən bunun üçün imza toplayacağını bildirib.

Qondarma rejimdə “prezident seçkisi” 2020-ci ildə keçiriləcək.

Qeyd edək ki, Babayan 2017-ci ilin noyabrında 6 il azadlıqdan məhrum edilmişdi. O, Ermənistanda dövlət çevrilişinə cəhd etməkdə şübhəli bilinərək, 22 martda tutulmuşdu. Erməni general “İqla” raketlərinin Ermənistana keçirilməsində və Ermənistan Prezidenti Serj Sərkisyana qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilmişdi.

Babayan əslən Xankəndidəndir. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini təbliğ edən Miatsum hərəkatının üzvlərindən biri olub. Qarabağda azərbaycanlılara və ermənilərə qarşı xüsusi əməliyyatlarda iştirak edib. 1991-ci ilin iyununda həbs edildikdən sonra 6 ay müddətində Bakıda həbsdə saxlanılıb, sonradan azadlığa buraxılıb. Babayan Xocalı, Şuşa rayonların alınmasında yaxından iştirak edib. O, həmçinin 1994-cü ildə atəşkəs müqaviləsinə imza atanlardan biri olub.axar.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar