Xəbər lenti
"Ermənistandakı dəyişiklik Qarabağ üçün fürsətdir"- Erməni politoloqdan şok sözlər
Son zamanlar Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə artan görüşlər tərəflər arasında qarşılıqlı güvən formalaşdırsa da, bunun yaxın gələcəkdə həll prosesinə təkan verəcəyi inandırıcı görünmür.
Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri erməni politoloq Anahit Şirinyan deyib.
Politoloqa görə, bir neçə gün əvvəl Fransada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş görüş həll prosesində yeni dönəmin başlanğıcı hesab oluna bilər:
"Digər yandan isə Davosda iki ölkə liderinin qeyri-rəsmi görüşü baş tutdu. Ayrıca, fevral ayında xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Bütün bunlar prosesin fəallaşmasından xəbər verir. Lakin düşünmürəm ki, bu təmaslar həll prosesinə ciddi şəkildə təkan verəcək.
Buna baxmayaraq, qarşılıqlı güvənin formalaşdırılması istiqamətində kiçik də olsa, irəliləyiş nəzərə çarpır. Hələ ki bunları əsas götürərək böyük ümidlərə bel bağlamaq olmaz.
Bəli, Ermənistanda hakimiyyət dəyişib. Amma digər siyasi partiyaların Qarabağla bağlı ənənəvi mövqeyi dəyişməyib. Bütün hallarda isə münaqişə tərəfləri arasında belə təmaslar qarşılıqlı güvən atmosferinin yaradılması üçün önəmlidir. Mənim fikrimcə, müzakirələr üçün daha əlverişli atmosfer yaranır".
Anahit Şirinyan qeyd edib ki, danışıqların sonrakı mərhələlərində fərqli təşkilatların, elm adamlarının, jurnalistlərin, mütəxəssislərin və iş adamlarının da iştirakı mümkün ola bilər: "Bəlkə də həmin mərhələlərdə üçüncü bir ölkənin vasitəçiliyə ilə Azərbaycan və Ermənistan arasında qarşılıqlı səfərlər də mümkün olsun.
Bu baxımdan, qarşılıqlı etimadın formalaşdırılması məsələsinin mərhələli şəkildə həyata keçiriləcəyini düşünürəm. Başlanğıc üçün tərəflərin bu məsələlərə hansı formada baxacağına diqqət etmək lazımdır. Digər yandan isə yaranmış ehtimalları o qədər də şişirtməmək lazımdır".
Mövcud müzakirələrin hansısa xarici gücün təsiri ilə baş tutduğu ehtimalına gəlincə, bu barədə suala politoloqun cavabı belə olub: "Hələlik proses gizli gedir. Amma onu deyə bilərəm ki, Minsk qrupu həmsədrləri Ermənistandakı iqtidar dəyişikliyinə Qarabağ münaqişəsinin həlli baxımından fürsət kimi dəyərləndirmək istəyir".
Anahit Şirinyan münaqişənin uzun illərdir həll olunmamış qalmasının Ermənistandan qaynaqlandığını da etiraf edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar