Xəbər lenti
ABŞ Venesuelada öz məqsədinə çatacaq - Şamanov

Venesueladakı qeyri-sabit vəziyyət Rusiya Federasiyası ilə hərbi texniki sahədə əməkdaşlığa təsir göstərəcək.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədri Vladimir Şamanov deyib.
"Müttəfiqimizdəki qeyri-sabitlik şübhəsiz ki, onların imkanlarını məhdudlaşdıracaq. Hazırkı vəziyyət bütün sahələrə, ilk növbədə isə iqtisadiyyata təsir göstərəcək. Dolayı yolla maliyyə imkanları aşağı düşəcək", - Şamanov bildirib.
Komitə sədri, həmçinin, Venesuelada baş verənlərdə ABŞ-ın rolunu da qiymətləndirib:
"ABŞ əsl üzünü göstərdi. ABŞ heç nədən çəkinmədən istənilən yolla öz məqsədinə çatacaq", - Şamanov bildirib.
Qeyd edək ki, Maduronun andiçməsindən sonra onu dövlət rəhbəri kimi qəbul etmədiyini açıqlayan ABŞ Prezidenti Tramp parlament sədri Quaidonun prezident səlahiyyətlərini üzərinə götürəcəyi halda onu dəstəkləyəcəklərini və tanıyacaqlarını açıqlamışdı. Bu bəyanatdan sonra Quaido prezident səlahiyyətlərini üzərinə götürdüyünü bildirdi və xalqı küçə nümayişlərinə səslədi.
Küçə toqquşmalarında indiyə qədər 16 nəfərin öldüyü, 200 aksiyaçının həbs edildiyi bildirilir. Hazırda Karakasda qarşıdurmalar davam edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar