Xəbər lenti
Paşinyan Davosda İlham Əliyevlə görüşmək istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə qeyri-rəsmi görüş niyyətindədir.
Bu barədə N.Paşinyan “RİA Novosti”yə açıqlamasında deyib.
“Bəli, bu, qeyri-rəsmi görüş olacaq”, - Paşinyan İlham Əliyevlə görüş istəyi barədə danışarkən bildirib.
Mətbuat konfransındakı açıqlamasında isə “Prezident İlham Əliyevlə nə vaxt görüşəcəksiniz” sualına “tezliklə” deyə bildirib.
Görüşün bu gün olacağı istisna edilmir.
Eyni zamanda, Prezident İlham Əliyev RİA-ya açıqlamasında Ermənistan rəhbərliyi ilə tammmiqyaslı heç bir görüş olmadığını, ancaq bir neçə “faydalı söhbət” aparıldığını deyib. Prezidentin sözlərinə görə, MDB sammiti çərçivəsində baş tutan bu söhbət tərəflərin mövqeyinin müəyyənləşməsi və Qarabağ danışıqlarının aktivləşməsi baxımından faydalı olub.
Azərbaycan lideri həmçinin bu istiqamətdə erməni tərəfi ilə əlaqələri davam etdirməkdən heç vaxt imtina etmədiyini vurğulayıb.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar