Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Aprel-may aylarında Azərbaycan hücuma keçə bilər..."

Tarix: 18-01-2019 16:04     Baxış: 2208 A- / A+
"Aprel-may aylarında Azərbaycan hücuma keçə bilər..."
Ermənistan Müdafiə Nazirliyində ötən həftə bir sıra qapalı məsləhətləşmələr olub və "konkret məsələlər" müzakirə olunub.
Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Ermənistanda nəşr edilən "İrates" adlı qəzet yazır. Bildirilir ki, həmin "konkret məsələlərdən" biri yazda, aprel-may aylarında Azərbaycanın Qarabağda hansısa lokal, hətta total hərbi əməliyyatlara başlamasının istisna edilmədiyi barədə olub. Müzakirələrdə Ermənistan ordusunun bu əməliyyatlara qarşı dayanmaq potensialı nəzərdən keçirilib.
"Bu o deməkdir ki, indiki və gözlənilən danışıqlar prosesinə böyük ümidlər bəslənmir, Azərbaycan isə tələsir, ona görə də son aylar susur və özünü sakit aparır"-qəzetə məlumat verən mənbə belə deyib.
Ermənistan Müdafiə Nazirliyinə bağlı "Zinuj Media" kanalı isə Azərbaycanla sərhəddə "uzunmüddətli döyüş əməliyyatları aparmağa imkan verən" mərmi və raket anbarının görüntülərini yayıb. Orada bildirilir ki, sərhədə yaxın yerləşən yeraltı anbar yaxşı konspirasiya olunub və irimiqyaslı hərbi əməliyyatlar zamanı vaxt itirmədən ordunun mərmi, raket ehtiyacını təmin etməyə imkan verəcək.

Xatırladaq ki, iki gün əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Parisdə növbəti danışıqlar olub. 4 saatdan çox çəkən danışıqlardan sonra tərəflər xalqları sülhə hazırlamaq barədə razılığa gəldiklərini açıqlayıblar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar