Xəbər lenti
Deputatdan XƏBƏRDARLIQ: Mitinqə gedənləri cəzalandıracam
"Əgər Milli Şuranın yanvarın 19-da keçirilməsi gözlənilən mitinqinə partiyamın üzvlərindən kimsə getsə, onları cəzalandıracam".
Manevr.az xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev bildirib.
F.Quliyev deyib ki, Milli Dirçəliş Hərəkatı Partiyasının üzvlərindən kimsə Milli Şuranın mitinqində iştirak etsə, həmin adamlar partiya üzvlüyündən çıxarılacaq:
"Bizim Milli Şura ilə heç bir əməkdaşlığımız yoxdur, hər hansı bloka qoşulmuruq. Biz hər hansı tədbir təşkil edəndə onu sərbəst keçiririk. Biz Milli Şuraya ona görə qoşulmuruq ki, dəqiq onun arxasından nəyin çıxacağını bilmirik. Birdə görürsən ki, kiminsə əli başqasının cibindən çıxır. Ona görə də bizim partiya Milli Şuranın tədbirlərində iştirak etmir. Partiyamızın 40 mindən çox üzvü var. Əgər o üzvlərdən kimsə Milli Şuranın mitinqində iştirak etsə, dərhal partiyadan çıxarılacaq".
Xatırladaq ki, Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası yanvarın 19-da mitinq keçirmək barədə qərar qəbul edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar