Xəbər lenti
Generallar sərhədə yollandı: Hücum əmri HƏR AN VERİLƏ BİLƏR

Türkiyənin müdafiə naziri Hulusi Akar, Baş qərargah başçısı Yaşar Gülər və Quru Qüvvələrinin komandanı Ömər Dündar Suriya sərhədində yerləşən Şanlıurfaya gediblər.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, hərbi səlahiyyətlilər Suriyanın şimalında həyata keçirilməsi planlaşdırılan əməliyyata hazırlığın gedişatı ilə maraqlanıblar.
"Qarşımızda Münbiç, Fəratın şərqi var. Bununla əlaqədar olaraq lazımı planlar həyata keçirilib, hazırlıqlar geniş şəkildə davam edir", - Hulusu Akar deyib.
Müdafiə naziri qeyd edib ki, əvvəlki əməliyyatlarda olduğu kimi buradakı terrorçular da qazdıqları çüxurlarda basdırılacaqlar:
"Türkiyə dövləti ölkəmizdə və ya sərhədlərimiz kənarda, harada olursa-olsun terrora son qoymaqda son dərəcə qərarlıdır. Tək hədəfimiz terrorçulardır. Ət və dırnaq kimi olduğumuz kürd qardaşlarımızla heç bir problemimizin olmadığını ağıl sahibi olan hər kəs bilir".
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar