Xəbər lenti
“Ərdoğan Putini Qarabağla bağlı razı sala bilər” – Politoloqdan ilginc iddia
Türkiyə və Rusiya arasında Suriya üzrə strateji yaxınlaşma, ikitərəfli siyasi-iqtisadi əlaqələrinin inkişafı rəsmi Ankranın yenidən Qarabağ münaqişəsi ilə bağlı Rusiya ilə danışıqlar aparmasını şərtləndirir. Hesab edirəm ki, iki ölkə Suriya məsələsində ortaq mövqeyə gəlib münaqişəni həll edirsə, eyni addım Qarabağ üçün də atıla bilər”.
Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert qeyd edib ki, son iki il ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Qarabağla bağlı real dəyişikliklərə gətirə biləcək danışıqlar aparıb:
“Lakin Putin son anda bu danışıqları davam etdirməkdə imtina etdi. Çünki Rusiya Qarabağ münaqişəsinin həll prosesində yalnız öz geosiyasi maraqlarından çıxış edir. İndi isə regionda ciddi dəyişikliklər baş verib. Ermənistanın yeni hakimiyyəti Rusiyanın nəzarətindən çıxmaq istəyir. Belə bir təəssürat yaranır ki, Qərblə yaxınlaşan Paşinyan hökuməti Türkiyə və Azərbaycanla əlaqələri bərpa etmək niyyətindədir, bu isə Kremlin maraqlarına uyğun deyil”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Türkiyə və Rusiya arasında sıx və qarşılıqlı etimad mühiti formalaşıb:
“Bu, imkan verir ki, Ərdoğan yenidən Qarabağ münaqişəsini Putinlə müzakirə etsin. Hesab edirəm ki, Ərdoğan bununla bağlı danışıqları intensivləşdirsə, Putinin mövqeyində dəyişiklik edə bilər.
Bundan əlavə, Ərdoğanın seçki marafonunda Qarabağ münaqişəsinin həllini xarici siyastində pioritet elan etməsi Türkiyənin də münaqişənin həllində maraqlı olduğunu göstərir”.
Politoloq hesab edir ki, regiondakı mövcud vəziyyətdən irəli gələrək, Türkiyə danışıqlar prosesinə cəlb edilməlidir: “Moskva ilə birbaşa danışıqlar aparılmalıdır ki, Kreml prosesə mane olmasın”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar