Xəbər lenti
Bakının yeni hədəfi bu rayondur – Erməni kəşfiyyatçıdan şok

Erməni ordusunun son zamanlar hərbi istiqamətdə heç bir uğuru yoxdur.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bunu “Tert.am” saytına açıqlamasında erməni hərbi ekspert, keçmiş kəşfiyyatçı Vova Vartanov deyib. Onun sözlərinə görə, Azərbaycan ordusu bütün parametrlər üzrə erməni ordusunu üstələyib.
“2018-ci ildə Su-30CM-ləri alacağımızla bağlı şayiələr gəzirdi. Biz hələ də onları görə bilməmişik. Naxçıvan istiqamətində ciddi ərazi itkilərinə məruz qaldıq. Mən bir il yarım əvvəl xəbərdar etmişdim ki, türklər Qarabağa gedən əsas nəqliyyat arteriyasını nəzarət altına alacaqlar. Mənə o zaman məsləhət gördülər ki, panika yaymayım. Türklər bizi İranla bağlayan və Qarabağ üçün əsas nəfəslik olan dövlətlərarası yolu Naxçıvan istiqamətindən vizual şəkildə nəzarətdə saxlaya bilir”.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun növbəti hədəfi Geqarkunik vilayəti olacaq. O, Azərbaycan Ordusunun bununla Dağlıq Qarabağın xarici dünya ilə bütün əlaqələrini tam nəzarət altına alacağını deyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar