Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

İlin ən fəal deputatlarının adları açıqlandı - SORĞU

Tarix: 27-12-2018 16:52     Baxış: 2242 A- / A+
İlin ən fəal deputatlarının adları açıqlandı - SORĞU

Parlament Jurnalistləri Birliyi (PJB) beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2018-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Manevr.az
-ın xəbərinə görə, PJB-nin sədr müavini Aqil Aslan bildirib ki, ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirirlər.

Onun sözlərinə görə, bu, PJB-nin sayca 13-cü sorğusudur:

“Bu sorğu da öncəki illərdə olduğu kimi, dörd nominasiya üzrə aparılıb. Sorğu nəticəsində Milli Məclisin 2018-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənləşib”.

“İlin ən fəal deputatı” nominasiyasının qalibləri Siyavuş Novruzov, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc Əli Hüseynli olub.

Bu nominasiyanın qalibləri Milli Məclisin 2018-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.

“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat” nominasiyasının qalibləri Qənirə Paşayeva, Vahid Əhmədov, Ağalar Vəliyev, Əli MəsimliÜlvi Quliyev olub.

Bu nominasiyanın qalibləri Milli Məclisin 2018-ci ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri çətinliklərin həllinə yardımçı olduqlarına, həmçinin, seçicilərin problemlərini parlamentdə qaldırdıqlarına görə müəyyən ediliblər.

“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri Bahar Muradova, Cavanşir Feyziyev, Azay Quliyev, Tahir MirkişiliSevinc Fətəliyevadır.

“Qanunvericlik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibləri isə Əhliman Əmiraslanov və Əflatun Amaşov olub.

Aqil Aslan qeyd edib ki, Bahar Muradova, Azay Quliyev, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Fazil Mustafa, Əli MəsimliQənirə Paşayeva digər nominasiyalarda da parlament jurnalistlərinin səsini qazanıblar./oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar