Xəbər lenti
Paşinyan tezlikdə "iki stul"dan birini təhvil verəcək – Şərh

Bu cür ikili siyasət yürütmək Paşinyana baha başa gələ bilər.
Manevr.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.
“Ermənistan qərbyönümlü siyasət yürütməklə yanaşı, Rusiya tərəfinə yeni referanslar edir. Bu açıq-aşkar iki stulda oturmaq deməkdir. Bu mənada vaxtı daralan Paşinyan təcili seçim etməli olacaq. Fikrimcə, Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin ABŞ-ın Ermənistanın daxili və xarici siyasətinə müdaxiləsini istisna etməməkdə haqlıdır. Paşinyanın Karasinə cavabında Ermənistanın “müstəqil siyasət” yeritdiyini bildirməsi isə kifayət qədər yeni suallar doğurur. Çünki Nikol belə bir siyasəti heç vaxt həyata keçirə bilməyəcək. Bu səbəbdən də Rusiya-Ermənistan münasibətlərində soyuq küləklərin əsdiyini dedi”, - Q.Hüseynli bildirib.
Politoloq qeyd edib ki, Moskva yaxın günlərdə Ermənistanın yeni rəhbərliyindən birmənalı mövqe yürütməyi tələb edəcək:
“Zənnimcə, Rusiya Paşinyanı sona qədər tərki-silah etməyincə və Moskvaya sadiqliyi barədə birmənalı cavab almayınca, sakit oturmayacaq. Belə ki, Rusiya Ermənistana satdığı qazın qiymətini qaldıracaq, İrəvana təzyiqləri artıracaq. Hətta Paşinyanın normal işləməsinə hər cür əngəllər yaradılacaq. Paşinyanın isə Rusiyanın əmrlərinə tabe olmaqdan başqa çıxış yolu yoxdur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar