Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Səməd Seyidov: Dağlıq Qarabağ məsələsinin Avropa Parlamentinin sənədində birmənalı şəkildə öz əksini tapması gözlənilən nəticə idi

Tarix: 18-12-2018 17:41     Baxış: 2306 A- / A+
Səməd Seyidov: Dağlıq Qarabağ məsələsinin Avropa Parlamentinin sənədində birmənalı şəkildə öz əksini tapması gözlənilən nəticə idi


Avropa Parlamentində Azərbaycanla bağlı atılan addımlar sözün əsl mənasında vacib və gözlənilən nəticə idi.

Manevr.az trend-in məlumatına görə bildirir ki, bunu Milli Məclisin deputatı Səməd Seyidov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Avropa Parlamentinin Strasburqdakı plenar sessiyasında Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin qorunmasının əksini tapdığı məruzənin qəbul olunmasını şərh edərkən deyib.

S.Seyidov bildirib ki, millətimizin ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsi bu gün Avropanın ən böyük, nüfuzlu, təsir etmə imkanına malik olan, Avropa üçün istiqaməti müəyyən edən Avropa Parlamentinin sənədində birmənalı şəkildə öz əksini tapıb.

Onun sözlərinə görə, Avropa Parlamentində münaqişə ilə bağlı bir neçə nəticə var ki, bu nəticələr mütləq şəkildə səslənməlidir: “Cəmi iki il bundan öncə Avropa Parlamenti Azərbaycana qarşı ağlasığmaz dərəcədə mənfi qətnamə qəbul etmişdi. Lakin Azərbaycan iqtidarının, parlamentinin mütəşəkkil, ardıcıl, məntiqli işləri nəticəsində belə gözəl nəticə əldə edildi”.

S.Seyidov vurğulayıb ki, birgə görülən iş mütləq şəkildə öz nəticəsini verməli idi.

Qeyd edək ki, Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında təqdim olunan məruzədə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin qorunması öz əksini tapmaqla yanaşı, “Şərq tərəfdaşlığı” ölkələrində münaqişələrin sülh və ərazi bütövlüyü prinsipi əsasənda həll olunmasının vacibliyi qeyd edilib. Bundan əlavə, sənəddə “Şərq tərəfdaşlığı” ölkələrində mövcud münaqişələrdən əziyyət çəkənlərə, qaçqın və məcburi köçkünlərə yardım edilməsi öz əksini tapıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar