Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Londonda Azərbaycan Mədəniyyət Mərkəzi təsis edildi - VİDEO

Tarix: 17-12-2018 21:05     Baxış: 306 A- / A+
 Londonda Azərbaycan Mədəniyyət Mərkəzi təsis edildi

Böyük Britaniyada yeni yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin təsis iclası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə yeni yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin (Azerbaijani Cultural Centre (UK)) təsis iclası Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində baş tutub.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, İngiltərədə yaşayan Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində mərkəzin gələcək fəaliyyəti haqqında prezentasiya nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin vitse prezidenti Sevil Aslanova mərkəzin yaradılmasının əhəmiyyətinə toxunaraq Diaspora Komitəsinə öz təşəkkürlərini bildirib. O qeyd edib ki, yeni mərkəz Böyük Britaniya üzrə ilk mədəniyyət mərkəzi sayılır: “Bu mərkəzi açmaqda məqsədimiz İngiltərədə yaşayan Azərbaycanlılar üçün bir ev, bir mərkəz yaratmaqdır. Bu işdə bizə Dövlət Diaspora Komitəsi dəstək olur. Mərkəz böyük işlərlə məşğul olmaq fikrindədir. Mərkəzdə siyasət, incəsənət, idman və gənclər klubu olacaqdır. Burada illərdir yaşayanlar bizim tariximizdən, mədəniyyətimizdən yavaş yavaş uzaqlaşırlar. Mən inanıram ki, onlara daha yaxın olmaq, Azərbaycanlıları bura cəlb etmək üçün bu mədəniyyət mərkəzi böyük işlər görəcəkdir”,- deyə S. Aslanova qeyd edib.

Mərkəzin prezidenti Hicran Stogden bildirib ki, mərkəz artıq Böyük Britaniyada qeydiyyatdan keçirilib. O, Azərbaycanlıların bir araya gəlməsi və birlik olmağın əhəmiyyətinə toxunub. modern.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar