Sizin Reklam Burada
Xəbər lenti
23-08-2025
22-08-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanın ilk qadın prezidenti Salome Zurabişvili kimdir?

Tarix: 29-11-2018 11:02     Baxış: 3420 A- / A+
Gürcüstanın ilk qadın prezidenti  Salome Zurabişvili kimdir?


Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib.

Manevr.az xəbər verir ki, prezidentliyə namizəd Salome Zurabişvili səslərin 59.56 faizini toplayaraq qələbə qazanıb. Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat verib. Məlumata əsasən, artıq bülletenlərin 99.7 faizi sayılıb və müstəqil namizəd Salome qələbə qazanıb.

Müxalifətin namizədi Qriqol Vaşadze 40.44 faiz səs toplayıb.

Zaurabişvili və tərəfdarları artıq qələbəni qeyd edirlər.
Prezidentin səlahiyyət müddəti 6 il olacaq. Bu, xalq tərəfindən seçilən sonuncu prezidentdir. Növbəti prezident 300 nəfərlik təmsilçi tərəfindən seçiləcək.
Salome Zurabişvili 1952-ci ilin 18 mart tarixində Parisdə gürcü siyasi mühacir ailəsində doğulub. 30 il Fransa xarici işlər nazirliyində çalışıb. 2004-2005-ci illər arasında Gürcüstanın xarici işlər naziri olub. 2005-ci ilin noyabr ayında Zurabişvili “Gürcüstan yolu” müxalifət partiyasını qurub. Bu partiya 2007 və 2009-cu illərdəki etiraz nümayişlərində fəal iştirak edib. 5 il sonra isə Salome Gürcüstan siyasətini tərk etdiyini bəyan etdi.
2013-cü ildə Gürcüstan prezidentliyinə namizəd olsa da, ikili vətəndaşlığı olduğu üçün qeydə alınmayıb. Bu ilin avqust ayında Zurabişvili Fransa vətəndaşlığından imtina edərək prezident seçkilərinə qatıldı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar