Xəbər lenti
Rusiya XİN-dən azərbaycanlı əsirlərin dəyişdirilməsinə MÜNASİBƏT
Rusiya Ermənistanla əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi ilə bağlı Azərbaycan tərəfinin təşəbbüsünü təqdir edir, lakin bunun reallaşması üçün müəyyən işlər görülməlidir.
Manevr.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Jurnalistin "bir müddət əvvəl Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə “hamının–hamıya” prinsipi üzrə Ermənistanla bütün əsirlərin qarşılıqlı şəkildə dəyişdirilməsi kimi sülhpərvər təşəbbüslə çıxış edib. Və beynəlxalq qrup məsələ ilə bağlı tərəflərin görüşünü plamlaşdırmışdı. Lakin Ermənistan əsirlərin bu prinsip üzrə qaytarılmasından imtina etdi. ATƏT-in Minsk qrupunun həmsədri kimi Moskva İrəvanın bu addımını necə şərh edərdi?” sualına Zaxarova cavab verib.
“Bilirsiniz, biz tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kimi başlıca vəzifəyə uyğun olan istənilən anlaşmanı təqdir edirik. Lakin anlaşmalar razılığı və bu razılığa nail olunması istiqamətində işləri nəzərdə tutur. Ona görə də (Azərbaycanın) bu cür təşəbbüslər(i) çox yaxşıdır, amma onların razılaşmaya çevrilməsi üçün işlər görülməlidir” – deyə XİN rəsmisi vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar