Xəbər lenti
Paşinyan girovları niyə dəyişmək istəmir? - RƏY
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı iki girovumuzu qaytarmaq istəmir. Onun iddiasına görə, girovlarımız Dağlıq Qarabağda adam öldürüblər. Buna görə də Paşinyanın sözlərinə görə, Yerevan iki azərbaycanlı girovu Azərbaycanda həbsdə saxlanılan erməni diversantlarla dəyişmək istəmir.
Manevr.az bildirir ki, bu fikirləri oxu.az-a açıqlamasında azərbaycanlı politoloq Elxan Şahinoğlu deyib.
“Ancaq Paşinyanın istəyindən asılı olmayaraq, Azərbaycanda həbsdə olan ermənilərin qohumları son günlər Ermənistanda fəallaşıblar, ölkələri üçün strateji yolları kəsib etiraz edirlər. Onlar tələb edirlər ki, əsirlər dəyişdirilsin. Əslində, onlar bununla Azərbaycanın irəli sürdüyü “bütün əsirləri dəyişək” prinsipinə dəstək verirlər”, - ekspert bildirib.
Onun sözlərinə görə, Paşinyan hələlik müqavimət göstərir və düşünür ki, Dağlıq Qarabağdakı iki girovu Azərbaycana qaytarsa, Ramil Səfərov olayı təkrarlanacaq.
“Yəni Paşinyan demək istəyir ki, iki girovumuz Bakıda qəhrəman kimi qarşılanacaq. Paşinyan tam haqlıdır. Azərbaycanda iki girovumuz Ramil Səfərov kimi qarşılanacaq. Buna haqları da çatır. Bu qarşılanma isə Ermənistanda etirazlara səbəb olacaq və müxalifət Paşinyana ciddi suallar ünvanlayacaq. Paşinyan da bundan ehtiyat edir”, - E.Şahinoğlu əlavə edib.
Politoloq qeyd edib ki, ancaq Paşinyan Azərbaycanda həbsdə saxlanılan erməni diversantların qohumlarına da nəsə deməlidir:
“Biz isə elə etməliyik ki, sərhəddə ələ keçirdiyimiz erməni diversantların sayını artıraq. Yeni əsirlər Paşinyana ölkə daxilində təzyiqin artması deməkdir. Əsirlərin dəyişdirilməsi mövzusu Paşinyana ciddi təzyiq alətidir və bu alətdən Azərbaycan istifadə etməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar