Xəbər lenti
“İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz” - Ruhani
İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz. Bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa, etimada və dostluğa əsaslanır.
Manevr.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində xalq qarşısında çıxış edərkən deyib. Prezident bildirib ki, İranın düşmənləri müxtəlif təxribatlarla onun Türkiyə, İraq və Azərbaycan ilə münasibətlərini korlamağa çalışıblar. Lakin tərəflərin qarşılıqlı etimadı bu təxribatların baş tutmasına imkan verməyib. İran bütün qonşuları ilə yaxın əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.
H.Ruhani diqqətə çatdırıb ki, İran xalqının Allahdan başqa heç kimdən qorxusu yoxdur. "Biz heç bir dövlətə qarşı sanksiya tətbiq etməmişik. Bölgədə həyata keçirdiyi qeyri-konstruktiv siyasətin məğlubiyyətə uğradığını görən ABŞ İrandan qisas almaq istəyir. Ona görə də iqtisadi sanksiyalar tətbiq etməklə İran xalqını sosial vəziyyətini gərginləşdirməyə çalışır. İstəyir ki, ölkədəki sabitliyi pozsun. Lakin xalqın birliyi və düşmənin hiyləsini başa düşməsi buna imkan verməyəcək. ABŞ-ın İrana qarşı apardığı psixoloji müharibə məğlubiyyətə düçar olacaq".
Prezident bəyan edib ki, İran heç bir dövlətin daxili işinə qarışmır və heç bir regiona müdaxilə etmir. H.Ruhani Urmiya gölünün quruması məsələsinə də toxunub. Diqqətə çatdırıb ki, əgər hökumət tədbirlər görməsəydi, bu gün göldə bir damcı da olsun su qalmazdı. Məhz dövlətin həyata keçirdiyi tədbirlərin nəticəsidir ki, Urmiya gölünün quruması dayanıb. Gələcəkdə daha səmərəli tədbirlər hazırlanaraq gölün suyunun əvvəlki səviyyəyə qalxması təmin ediləcək./Azərtac
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar