Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Polşada erməni təxribatı: Diasporumuz hərəkətə keçdi

Tarix: 15-11-2018 19:21     Baxış: 3306 A- / A+
Polşada erməni təxribatı: Diasporumuz hərəkətə keçdi

Polşanın Poznan şəhərində Qlovna küçəsində yerləşən ermənilərə məxsus olan restoranın reklam bannerində Ermənistanın xəritəsi verilib. Xəritədə işğal altında olan Dağlıq Qarabağ torpağı da Ermənistan ərazisi kimi göstərilib. Bu isə Polşada yaşayan soydaşlarımızın etirazına səbəb olub.

Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd məlumat verib.

O bildirib ki, Polşada Azərbaycanlı Gənclər Şurası artıq təxribatın qarşısını almaq üçün hərəkətə keçib:

“Hal-hazırda məsələ ilə bağlı şəhərin merinə etiraz məktubu hazırlayırıq və eyni zamanda Azərbaycanın Polşadakı səfirliyinə də məlumat verəcəyik. Təxribatın qarşısını almaq üçün isə hüquqi müstəvidə mübarizə aparacağıq və yaxın zamanda reklam bannerinin sökülməsinə ümid edirik”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar