Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Serj Sərkisyan dedi ki, Ağdam bizim deyil” – Erməni politoloqdan şok sözlər

Tarix: 15-11-2018 17:20     Baxış: 3390 A- / A+
“Serj Sərkisyan dedi ki, Ağdam bizim deyil” – Erməni politoloqdan şok sözlər

“Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyan Feysbuk sosial şəbəkəsində yazır ki, biz konstruktiv müxalifət olacağıq. Vigen Sərkisyan və Respublikaçı Partiyasına sual vermək olar, konstruktiv müxalifət deyəndə nəyi nəzərdə tutur? Bu kimi həssas məqamlarda fikir ayrılığı yaradan söz deyirlər, sonradan bunu “siyasi bəyanat” adlandırırlar.

Məsələn, vaxtilə Serj Sərkisyan müdafiə naziri olanda Ağdamın bizim vətənimiz olmadığını və torpaqların artırılması məntiqinə uyğun olmadığını, buna görə də boşaldılacağını demişdi. Lakin belə bir bəyanat verən müdafiə naziri istefaya göndərilmədi, əksinə bir ildən sonra Respublikaçı Partiyasının əvəzedilməz liderinə çevrildi”.

Manevr.az xəbər verir ki, bu sözləri erməni politoloq Akop Badalyan deyib.

Ekspert Serj Sərkisyan və partiyasını bacarıqsızlıqda ittiham edib:

“Hakimiyyətdə olduğu dövr ərzində təkcə sözdə “Kazan sənədi”ni təsdiqləməyə müvəffəq oldu. 2016-cı ilin aprel ayında Azərbaycanla döyüşlər də, Serj Sərkisyanın səhvi idi.

Bütün bu vaxta qədər, Ermənistan Respublikaçı Partiyası səssizcə güzəştləri nəzərdən keçirdi. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri haqda da bir söz demədi. Üstəgəl, indi də Nikol Paşinyana kömək etməyə hazırlaşırlar”.

Akop Badalyan hesab edir ki, Serj Sərkisyan və komandasının Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün bütün resursları tükənib./teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar