Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gələn ay torpaqlarımızda kəskin... - Paşinyanın Qarabağla bağlı öhdəlikləri AÇIQLANDI

Tarix: 12-11-2018 14:02     Baxış: 2329 A- / A+
Gələn ay torpaqlarımızda kəskin... - Paşinyanın Qarabağla bağlı öhdəlikləri AÇIQLANDI

Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni proseslərin başlayacağı ehtimalı zaman-zaman müzakirə olunur. Ehtimallara görə, həmsədr ölkələr, elə Düşənbə görüşünə razı olan Bakı da Paşinyana seçkidən sonra danışıqlar masasına konstruktiv mövqedə qayıtmaq üçün zaman tanıyıb. Ekspertlər Paşinyanın danışıqlar masasına qayıdacağını hesab etsələr də, onun Qarabağ kartını sona qədər istifadə etməsi üçün yeni təxribatlara əl ata biləcəyi də istisna deyil.

Əsas sual budur: "Ermənistanda seçkilərdən sonra Qarabağda nə gözlənilir?".
Publika.az xəbər verir ki, "Sputnik Ermənistan" bu sual ətrafında erməni ekspertlərin fikrilərini öyrənib.

Siyasi texnoloq Viqen Akopyan hesab edir ki, seçkidən sonra Qarabağla bağlı hansısa yeni konsepsiyanın önə çıxması gözləniləndir.

"Bu konsepsiya "Madrid prinsipləri" çərçivəsində olacaq. Bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin diplomatik missiyasının başa vuranda dediyi sözlərdən, həmçinin, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun dediklərindən də anlamaq olar. Hələ ki hamı Ermənistanda seçkinin sonunu gözləyir, sonra ehtimal ki, danışıqlar prosesində kəskin aktivləşmə olacaq. Ola bilər ki, geosiyasi mərkəzlər seçkidən sonra Ermənistanın danışıqlar masasına əyləşəcəyi ilə bağlı Azərbaycana söz veriblər. Mümkündür ki, münaqişənin həll ediləcəyinə dair Azərbaycanda optimizm var. Hər halda danışıqların yenilənməsi cəhdləridən əvvəl sakitlik müşahidə olunur. Bu haqda bütün geosiyasi mərkəzlərin nümayəndələri – Lavrov, Bolton – danışırlar", - deyə o bildirib.

Akopyan hesab edir ki, Paşinyanın Qarabağın danışıqlar masasında tərəf kimi iştirakı istəyi nəticəsiz qalacaq: "Hərçənd, Ermənistan rəhbərliyinin danışıqların formatının dəyişdirilməsi ilə bağlı cəhdləri davam edəcək, bu daha çox, danışıq resursunun genişlənməsinə hesablanıb".

Rusiyalı politoloqu Artur Atayev hesab edir ki, hələlik Qarabağ münaqişəsinin həlli düsturu yoxdur.

"Con Bolton Cənubi Qafqaza gəlişində Paşinyanı münaqişənin həllinə hazırlamağa çalışdı. Maraqlıdır ki, Bolton münaqişənin həll edilməsini Paşinyandan istədi, hərçənd, bu məsuliyyəti hər iki tərəfin üzərinə qoya bilərdi, lakin etmədi. Bu, o deməkdir ki, gələcəkdə münaqişənin həlli mümkün olmasa hər kəs bunun günahını Paşinyanda görəcək", - deyə o bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar