Xəbər lenti
Qarabağ Azərbaycanın ərazisidir – Belçika
Dağlıq Qarabağa səfər edən Jan-Jak Flao (Jean-Jacques Flahaux) Belçika Parlamentinin üzvü olsa belə Belçika dövlətini təmsil etmir.
Manevr.az xəbər verir ki, bunu report-a “Belçika Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.
Bildirilib ki, Belçika dövləti üçün Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisidir. 1994-cü ildə atəşkəs əldə edildikdən etibarən özünü birtərəfli surətdə müstəqil elan etmiş bu ərazi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb: “Bu dövrdən etibarən Belçika münaqişənin hər iki tərəfin razılığı əsasında sülh yolu ilə həlli üçün Minsk qrupunun səylərini dəstəkləyir”.
Xatırladaq ki, bu il oktyabrın 30-da Belçika Federal Parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Szmay Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar