Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ-ın “Qarabağı qaytarın” çağırışına Ermənistandan SENSASİYALI CAVAB

Tarix: 31-10-2018 13:57     Baxış: 2527 A- / A+
ABŞ-ın “Qarabağı qaytarın” çağırışına Ermənistandan SENSASİYALI CAVAB

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvanda səfərdə olarkən “Əgər növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın partiyası qalib gələcəksə, bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün qətiyyətli addımların atılmasına şərait yaradacaq” açıqlamasının Ermənistanda yaratdığı əks-səda davam edir.

Manevr.az xəbər verir ki, Ermənistanın xarici işlər nazirinin müavini Ruben Ruinyanın Boltonun fikirləri ilə bağlı münasibəti sensasiya olaraq təqdim edilib.

Erməni nazirin müavini Boltonun bəyanatını şərh etmək istəmədiyini deyib.

Əlavə edib ki, o, ABŞ-ın məmuru deyil: “Mən Ermənistanın xarici işlər nazirinin müaviniyəm, ABŞ-ın yox. Qarabağ məsələsində istənilən qərar Ermənistan və “Qarabağ xalqı” ilə uyğunlaşdırılmalıdır. Hansı prinsiplər Ermənistan tərəfi üçün münasibdir, o da olacaq”.

Qeyd edək ki, Bolton İrəvanı tərk edəndən sonra Nikol Paşinyan da sərt açıqlama vermiş və qeyd etmişdi ki, “münaqişəni ABŞ yox, erməni xalqı həll edir”.

Ehtimallara görə, ABŞ Ermənistandakı seçkidən sonra Qarabağ münaqişəsinin həlli üçün “yol xəritəsi”ni təqdim edəcək. ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin səlahiyyət müddətini başa vurduğu ərəfədə “münaqişənin istənilən həll variantı ərazilərin bir qisminin Azərbaycana qaytarılması ilə nəticələnəcək” deməsi də Vaşinqtonun planının “mərhələli həll” olduğu ehtimalını önə çıxarır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar