Xəbər lenti
“Gürcüstandakı prezident seçkisi haqqında rəyimiz müsbətdir” – Əli Məsimli

“Biz, oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərini GUAM Parlament Assambleyasının xətti ilə müşahidə etdik. Bizim missiyaya GUAM-ın baş katibi və Gürcüstan,Azərbaycan, Moldovadan olan deputatlar və nümayəndələr daxil idi. Seçkiləri izləmək üçün Tbilisi, Mtsxeta və qaçqınların yerləşdiyi Tserovani bölgəsindəki məntəqələrdə olduq”.
Manevr.az xəbər verir ki, bunu modern.az-a Gürcüstanda prezident seçkilərini izləmiş Milli Məclisin deputatı Əli Məsimli deyib. Deputat bildirib ki, ümumilikdə seçki prosesi barədə müsbət təəssürat yaranıb.
“Ümumi rəyimiz GUAM-ın rəsmi səhifəsində çıxacaq. Proqnozların bir hissəsi hakim partiyanın dəstəklədiyi namizədin minimum səs çoxluğu ilə elə birinci turdan seçiləcəyini, əksər hissəsi isə 2-ci turun olacağından xəbər verirdi. Elə də oldu. İkinci turun dekabrın 3-də olacağı gözlənilir”.
Xatırladaq ki, oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 38,64 faiz, müxalifdə olan “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb.
Hər iki namizəd ikinci turda mübarizəni davam etdirəcək. Seçkilərin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçiriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar