Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan torpaqlarının qaytarılması necə olacaq? - Rusiyadan baxış

Tarix: 16-10-2018 18:40     Baxış: 2216 A- / A+
Azərbaycan torpaqlarının qaytarılması necə olacaq? - Rusiyadan baxış


Azərbaycan torpaqlarının qaytarılması (birinci mərhələdə söhbət Dağlıq Qarabağ ətrafındakı rayonlardan gedir - red.) bu məqsədlə müvafiq komissiya formalaşdıran beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə baş verməlidir. Ehtimal olunur ki, məhz həmin komissiyanın tərkibinə Minsk qrupunun Dağlıq Qarabağ üzrə nümayəndələri daxil olmalıdır.


Manevr.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Q.V.Plexanov adına Rusiya İqtisadi Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib.

Onun sözlərinə görə, istisna deyil ki, bu komissiyada BMT nümayəndələri, ən başlıcası, "BMT-Xabibat”ın üzvləri (Yaşayış məntəqələri üzrə BMT proqramı - red.) iştirak edə bilərlər.

"Rəsmi Bakı bu proqramın nümayəndələrinə onun balansına verilən ərazinin inkişafı ilə bağlı proqramı təqdim etməlidir”, - müsahibimiz bildirib.

Perenciyevin fikrincə, ərazilərin ATƏT-in Minsk qrupunun və "BMT-Xabibat”ın iştirakı ilə qaytarılması zamanı deyilən ərazidə daşınmaz əmlakın və torpaqların inventarlaşdırılması həyata keçirilir ki, bununla onların vəziyyəti qeydə alınır.

"Bundan başqa, ətraf mühitin ekoloji durumu və digər amillər nəzərə alınır. Ola bilsin ki, torpaqların təhvil verilməsi aktı gələcəkdə Azərbaycanın iqtisadi, ekoloji, infrastruktur və digər elementlərlə bağlı zərərə görə kompensasiya üçün beynəlxalq məhkəmə qarşısında iddia qaldırmasına yardım etsin”, - ekspert əlavə edib.

Müsahibimiz diqqətə çatdırıb ki, bu prosesdə ərazilərdə vəziyyətinin qiymətləndirilməsi və onların qaytarılması aktının legitimləşdirilməsi üçün erməni tərəfi də iştirak etməlidir.

"Ehtimal edirəm ki, bu prosesdə beynəlxalq hüquq sahəsində mütəxəssislərlə yanaşı, ekoloqlar, memarlar, humanitar problemlərlə bağlı insanlar və s. iştirak etməlidir”, - Perenciyev qeyd edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar