Xəbər lenti
“Fransa prezidenti görmür ki, Yerevan hansı oyunlardan çıxır?" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycanın 20 faiz ərazisini otuz ilə yaxın işğal altında saxlayan, Xocalı qətliamını törədən Ermənistanda dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) sammitinin keçirilməsi qərarının özü bir cəfəngiyatdır”.
Manevr.az bildirir ki, bunu sia-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, həmin tədbirin Yerevanda təşkili faktiki olaraq həm Yerevana, həm də yeni seçilmiş Paşinyana bir xilasetmə kəməri atmaq kimi bir şeydir: “Yəni işğalçı bir dövlət olan, Azərbaycan torpaqlarını işğal altında saxlayan bir ölkədə Frankofoniya sammitini keçirib onu populyarlaşdırmağa çalışmaq görünür təsadüfi deyil. Bu sammit müəyyən ermənipərəsət qüvvələrin, erməni diasporasının ciddi çalışmaları nəticəsində ərsəyə gəlib və Yerevanı beynəlxalq inteqrasiyaya can atan, beynəlxalq tədbirlərdə fəal iştirak edən bir dövlət kimi təqdim etməyə çalışırlar. Bu biabırçılıqdır. Bəyəm Fransa prezidenti özü görmür ki, Yerevan hansı oyunlardan çıxır və Azərbaycanın başına hansı oyunlar açır. Ümumiyyətlə mən çox təəssüf edirəm ki, Xocalı qətliamını törədən Ermənistana etimad göstərirlər və onunla iş birliyinə girirlər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar