Xəbər lenti
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunması tələbi yenidən AŞPA tribunasında...
Millət vəkili Q.Paşayeva bu gün AŞPA-da çıxış edərək işğalçı Ermənistanın uzun müddətdir ki, qeyri-qanuni girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldırıb və Avropa Şurasını onların azadlığa buraxılması üçün daha sərt addımlar atmağa, Ermənistan rəhbərliyinə təzyiq göstərməyə çağırıb.
"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında öz ata-baba yurdunu ziyarət üçün getmiş 2 azərbaycanlı - Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam edir və AŞ Baş Katibinin belə çağırışlarına məhəl qoymayaraq bu günə qədər onları azad etməkdən imtina edir" deyən millət vəkili Q.Paşayeva Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün təşkilatı Ermənistan rəhbərliyinə təzyiq göstərməyə çağırıb.
"İşğalçılara qarşı AŞPA olaraq mübarizəmizi daha da sərtləşdirməliyik" deyən millət vəkili Q.Paşayeva uzun müddətdir işgəncələr verilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş insan haqlarının müdafiəsi və onların azadlığa buraxılması üçün Avropa Şurasını səylərini daha da gücləndirməyə çağrıb.(moderator)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar