Xəbər lenti
Əli Həsənov Hökumətin iclasına niyə gəlmədi?..

Dünən - oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
İclasda hökumət üzvləri iştirak edib. Çıxış edən vergilər naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov ölkə başçısına görülmüş işlərlə bağlı hesabat veriblər.
Prezidentin sədrliyi ilə keçirilən iclasda diqqət çəkən məqamlardan biri də Baş nazirin müavini, "Dövlətqaçqınkom"un sabiq sədri Əli Həsənovun toplantıya qatılmaması olub.
Yeri gəlmişkən, iclasda "Dövlətqaçqınkom"un Əli Həsənovun dövründəki fəaliyyəti sərt şəkildə tənqid olunub.
Maraqlıdır, Əli Həsənov dünənki toplantıda niyə iştirak etməyib?
Nazirlər Kabinetindən Baş nazirin müavini Əli Həsənovun iştirak etməməsinə belə aydınlıq gətirilib:
"Hazırda Baş nazirin müavini Əli Həsənov məzuniyyətdədir. Məhz bu səbəbdən də Əli müəllim ölkə başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iştirak etməyib". modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar