Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Alman neonasistlərinin gözlənilməz yəhudi “sevgisi”...

Tarix: 08-10-2018 22:49     Baxış: 2273 A- / A+
Alman neonasistlərinin gözlənilməz yəhudi “sevgisi”...


“Almaniya üçün alternativ” müxalifət partiyasının tərkibində yəhudilərin olduğu federal birlik təsis edilib.

Manevr.az xəbər verir ki, bununla bağlı Visbadendə keçirilən mətbuat konfransında məlumat verilib.

Vera Kosova birliyin idarə heyətinin sədri seçilib. İxtisasca həkim olan sədr kontingent üzrə qaçqın kimi 20 il əvvəl Özbəkistandan Almaniyaya gəlib, 2016-cı ildən “Almaniya üçün alternativ” partiyasının üzvüdür, 2017-ci ildə isə Bundestaqa deputatlığa namizəd olub.

Rusiya və digər postsovet ölkələrindən olan yəhudilərin bu partiyada nə dərəcədə geniş təmsil olunduğu ilə bağlı Vera Kosova bildirib ki, “keçmiş Sovet İttifaqından gələnlər Almaniyanın yəhudi icmasında böyük rola malikdirlər. İdarə heyətinin dörd üzvü rus dilində sərbəst danışır. Bu, yəhudi icmaları ilə ünsiyyətdə bizə kömək edəcək”.

Almaniya Mərkəzi Yəhudi Şurasının idarə heyətinin sabiq üzvü Volfqanq Ful bildirib ki, hazırda 24 yəhudi “Almaniya üçün alternativ” partiyasının üzvüdür.

Mətbuat konfransında vurğulanıb ki, bu partiya yəhudipərəstdir. Frankfurt-Mayn şəhərində isə sözügedən birliyin yaradılması əleyhinə nümayiş keçirilib. Aksiyanın təşkilatçısı olan Almaniya Yəhudi Tələbə İttifaqının rəhbəri Dalia Qrinfeld deyib: “Yəhudiləri yenidən Almaniyadan çıxarmaq istəyən bir partiya heç bir vəchlə dost ola bilməz”. Polisin məlumatına görə, tədbirdə 250 nəfər iştirak edib.

Bundestaqda XDİ/XSİ bloku fraksiyasının sədr müavini Ştefan Xarbart “Almaniya üçün alternativ” partiyasının bu addımını “ikiüzlülük” hesab edir. Deputat “Bild am Sonntag” həftəlik nəşrinə müsahibəsində bildirib ki, populist sağ partiyanın təmsilçiləri “sistematik olaraq nasional-sosialistlərin cinayətləri haqqında az danışırlar”. Bundan başqa, 17 yəhudi təşkilatı, o cümlədən Almaniyada Mərkəzi Yəhudi Şurası “Almaniya üçün alternativ” partiyasını irqçi və antisemit adlandırıb.(Azərtac)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar