Xəbər lenti
Rusiyalı ekspert: “Qarabağ klanı” Ermənistanda yenidən hakimiyyətə gələ bilər
Ermənistanda indiki qeyri-sabit vəziyyət kəskin siyasi rəqabət fonundan yenidən ciddi iğtişaşlara səbəb ola bilər.
Bunu Azərbaycan KİV-inə rusiyalı ekspert və publisist Dmitri Verxoturov deyib.
Ekspertin sözlərinə görə, Ermənistanın gələcək siyasi kursu və ümumilikdə gələcəyi sual altındadır: “Təbii ki, Qarabağın Ermənistanın tərkibinə qatılmasının tərəfdarları Azərbaycanla danışıqlara istənilən yollarla mane olmağa çalışacaq. Ona görə də təəccüblü deyil ki, Düşənbədəki danışıq cəhdini bu dairələr narahatlıqla qarşılayıb”.
Ermənistanın hazırkı rəhbərliyi ilə “Qarabağ klanı” arasındakı münaqişədən danışan D.Verxoturov bildirib ki,”Qarabağ klanı” hələ ki, ən mütəşəkkil qüvvədir, çünki onların hakim sistemdə möhkəm mövqeləri və böyük dəstəyi var: “Onların ermənilərə nə isə vəd edən ideyaları var. Ona görə də onlar ölkə daxilində reytinqi sürətlə düşən Paşinyandan hakimiyyəti geri ala bilərlər”.
Ekspert əlavə edib ki, “Qarabağ klanı” Ermənistanda yenidən hakimiyyətə gələ bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar