Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Zatulinlərin mövqeyi hüquq qanmazlığıdır" ÖZƏL-ŞƏRH

Tarix: 07-10-2018 12:54     Baxış: 2273 A- / A+
"Zatulinlərin mövqeyi hüquq qanmazlığıdır" ÖZƏL-ŞƏRH

“Konstantin Zatulin şəxsiyyət olaraq sıradan biridir ya yox, daşıdığı vəzifəyə layiqdir ya yox? – bu başqa məsələdir, ancaq o Rusiya Federasiyası qanunverici orqanının artıq dörd çağırışdır ki, üzvüdür, qanunverici orqanda MDB və soydaşlarla əlaqələr komitəsi sədrinin birinci müavinidir və deməli, məsuliyyətsizliyinə görə mənsub olduğu dövlət orqanının da bir açıqalama verməsi lazımdır”.
Manevr.az bildirir ki, bunu sia-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, əgər o təsadüfi adamdırsa, necə olur, dörd dəfə deputat mandatı əldə edə bilir, vəzifəyə seçilə bilir? O, məqsədyönlü və razılaşdırılmış sözlər deyir, razılaşdırlmış hərəkətlər edir ya yox? - onunla eyni məsuliyyəti bölüşənlər, qonşuluq ruhuna, beynəlxalq hüquq normalarına sayğı göstərib, açıqlama, izah vermə zəhmətinə qatlanmalıdır: “Çünki bizim də deməyə sözümüz var, özü də haqlı söz. Əgər bu qədər titullu bir deputat belə sərsəm sözlər israf edir, qanunsuz səfərlər edirsə, ilk növbədə mənsub olduğu Dumanın, digər təsisatların, bütövlükdə Rusiya-Azərbaycan münasibətlərinə dair rəsmi açıqlanan dövlət mövqeyinə qarşı gəlmiş olur. K.Zatulinlərin mövqeyi əslində mövqesizlikdir, siyasi nəzakətsizlikdir, hüquq qanmazlığıdır, qonşuluğun hamı tərəfindən qəbul edilmiş ənənələrinə sayğısılıqdır, elmi-politoloji tələblərə cavab vermir və hətta inandığı din baxımından da, düzgün deyil.

Zatulinin sərsəmlərmələrinə rus aydınlarından bir neçəsinin Azərbaycan KİV-lərinə verdiyi cavablardan da, bizim millət vəkillərinin, siyasilərin, ictimai fikri qidalandıran şəxslərin münasibətindən də göründüyü kimi, o, ABŞ dollarına yaxud qızıla, əmlaka dəyişdirilmiş Ermənistan dramından asılılıq dramını yaşamaqdadır. Dram deyirəm, çünki haqsızlıq, ədalətsizliyi müdafiə vasitəsi ilə qazanılanlarla xoşbəxt olmaq mümkün deyil və o boyda titullar daşıyan, 60 yaşlı bir adam yediyinə fikir vermədikcə, dedikləri onu insanlıqdan çıxarır və çox keçmədən mənəviyyatsızlığın, meşşanlığın girdabına sürüklər.

Bilirsiz, Azərbaycanın uğurlarını, Rusiya-Azərbaycan, Rusiya-Ermənistan münasibətlərinin indiki durumu yaxud bu münasibətlər sistemində müşahidə olunan tendensiyalar hələ çox Konstantinləri dilləndirə bilər; ancaq enində-sonunda haqq olan qalib gələr. Biz öz dövlətimizi gücləndirmək, xalqımızın rifah halını yaxşılaşdırmaq, respublikamızın dünya birliyindəki mövqelərini daha üst səviyyəyə qaldırmaq yolunan dönmədən, irəli baxmalı, Zatulinlərin vurmağa çalışdığı zərərlərə qarşı operativ, dürüst və cəsarətli duruş göstərməliyik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar