Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Onlar Türkçülüyə moda kimi baxırlar, “quş qoymaq” xətrinə bunları icra edirlər"

Tarix: 03-10-2018 23:22     Baxış: 2352 A- / A+
"Onlar Türkçülüyə moda kimi baxırlar, “quş qoymaq” xətrinə bunları icra edirlər"

Yaxın gələcəkdə Qazaxıstanda türk dünyası muzeyinin inşası nəzərədə tutulur.

Vahid türk dünyası muzeyinin inşası, habelə bu qəbildən olan digər addımlar bütövlükdə türk dünyasının mənəvi-mədəni yaxınlığının güclənməsi baxımından nə dərəcədə zəruridir?

Moderator.az-a açıqlama verən görkəmli türkoloq, professor Firudin Cəlilov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirdi:

“Bu, maraqlı bir məsələdir. Lakin məsələ budur ki, türk ölkələrində türkçülüyə moda kimi baxırlar. Xalqın rəğbətini qazanmaq, “quş qoymaq” xətrinə bunları icra edirlər. Gerçək türkçülük yoxdur. Sizə bir örnək çəkim. Qazaxıstandan yanıma 5 nəfər alim göndərmişdilər. Onlar bildirdilər ki, Qazaxıstan əlifbasını latın qrafikasına keçirmək istəyirlər. Necə keçmək lazım gəldiyini öyrənmək istəyirdilər. Mən 4-5 saat bunu onlara izah etdim. Onlar çox razı qaldılar və getdilər. Sonra dəfələrlə mənə bəzi məsələlərələ bağlı Qazaxıstandan zəng etdilər, fikirlərimi öyrəndilər. Amma son nəticədə baxıb görürəm ki, yenə öz bildiklərini edirlər. Türk dünyasını biləşdirən yeganə vasitəni - ortaq türk əlifbasını götürmr, bundan kənara çıxırlar. Bu baxımdan Türk Ocaqlar Birliyinin yaranması, türk mədənyyət mərkəzinin, ortaq muzeyin tikilməsi və s-yə ciddi ciddi yanaşmıram. Çünki məsələnin kökündə içdən, ürəkdən gələn istək görünmür. Bunlar sadəcə bər-bəzəkdir. Türk xalqının tarixi, dili ilə bağlı məsələlərə yanaşma ürəkdən gəlmir. Mən əlbəttə ki, türkçü alimləri, qeyrətli insanları, böyük ziyalıları nəzərdə tutmuram. Vəzifədə olan insanları nəzərdə tuturam. Onlar bu kimi addımlarla guya türk dilinə, türk tarixinə hörmət etdiklərini nəzərə çatdırmaq istəyirlər.
Türk dünyası muzeyini yaratsınlar, bunun ziyanı yoxdur. Amma üəkdən gəlmədiyi üçün mən bu cür işlərə o qədər də sevinmirəm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar