Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

O, Qarabağda cərrahiyyə əməliyyatları həyata keçirib - Deputat

Tarix: 03-10-2018 23:02     Baxış: 3276 A- / A+
O, Qarabağda cərrahiyyə əməliyyatları həyata keçirib - Deputat

Avropa Parlamentində müvafiq lobbi qruplarının fəaliyyət göstərdiyi artıq hamıya məlumdur. Bu qruplar arasında ən zəngini və güclüsü erməni lobbi qrupudur.

Bunu teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Asim Mollazadə bildirib.

O qeyd edib ki, bu mənada Avropa Parlamentinin separatçılığı və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarus öz fikirlərini deyil, erməni diasporunun vəsaitlərinin dili ilə fikirlərini ifadə edir.

Avroparlamentin sözügedən üzvünün ölkəmizə qarşı hər zaman separatçı mövqe tutduğunu deyən A.Mollazadə bildirib ki, E.Teoxarus hələ 1990-cı illərin əvvəllərindən Ermənistanın və erməni lobbiçilik şəbəkəsinin alətinə çevrilib və ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “humanitar missiya” fəaliyyəti altında cərrahiyyə əməliyyatları həyata keçirib:

“Eleni Teoxarusun siyasi baxışları bu gündə ölkəmizə qarşı düşmənçilik mövqeyi tutmaqdan ibarətdir. Bu cür çıxışlar edən və fəaliyyət göstərən Avropa Parlamentinin deputatları mütləq araşdırılmalı, onların konkret əlaqələri müəyyənləşdirilməli və qeyri-qanunu lobbiçilik fəaliyyətləri ifşa olunmalıdır”.

E.Teoxarusun Ermənistan və erməni diaspor təşkilatlarının sifarişi əsasında Azərbaycan torpaqlarının işğalı və nəticədə yaradılmış qondarma separatçı rejimin beynəlxalq müstəvidə, xüsusilə də Avropa Parlamenti çərçivəsində təşviqi fəaliyyətinin göz önündə olduğunu vurğulayan deputat əlavə edib ki, Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və Avropa İttifaqının müvafiq strukturları bu məsələyə diqqət cəlb etməli və araşdırmalar aparılmalıdır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar