Xəbər lenti
Rəsulzadənin nəvəsinə və Türkiyəyə məktub və… – BQP-də toplantı
Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti toplantısı keçirilib.
Manevr.az xəbər verir ki, BQP-dən Strateq.az-a daxil olan məlumata görə, partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclas öz işinə Azərbaycanın işğala məruz qalan son inzibati rayonu-Zəngilanın müdafiəsi uğrunda həyatlarını itirən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və onların ruhlarına duaların oxunması ilə başlayıb.
İclasda həmçinin Türkiyə Cumhuriyyətinin 93-cü quruluş ildönümü ilə əlaqədar olaraq başda Qazi Mustafa Kamal Atatürk olmaqla çağdaş dövlətin qurulmasında və inkişafında canlarını fəda edənlərin ruhlarına Allahdan rəhmət dilənib, Türkiyənin siyasi rəhbərliyinə, bütün qurumlarına və türk xalqına təbrik ünvanlanıb.
İclasda partiyanın mərkəzi orqanlarının müdaxiləsinin tələb edildiyi yerli təşkilatlar tərəfindən qaldırılan məsələlərə baxılıb və onlarla bağlı müvafiq qərar qəbul edilib.
Siyasi Qurulda partiya Başqanı Fazil Mustafanın iştirak etdiyi çoxsaylı konfrans, tədbir və xarici səfərlərə dair hesabat xarakterli məruzəsi dinlənilib və səlahiyyətli orqan üzvlərini maraqlandıran suallar cavablandırılıb.
İclas, Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, Azərbaycan Xalq Cumhuriyyətinin banilərindən biri M.Ə.Rəsulzadənin nəvəsi və o nəslin son davamçısı, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Dövlət Pedoqoji Universitetin dosenti Rəis Rəsulzadəyə 70 illik yubileyi ilə bağlı təbrik ünvanlayıb.
Siyasi Qurulda həmçinin Türkiyənin “Fərat qalxanı”, Münbiç, Əl-Bab, Mosul, Kərkük və digər yaşayış məskənləri uğrunda aparılan hərbi əməliyyatlarda iştirakına dəstək ifadə olunub.
İclasın sonunda cari məsələlər müzakirə edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar