Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Baş katib BMT qurumlarının və şəxsən özünün sülh prosesinin inkişafına töhfə verməyə hazır olduğunu bildirib.

Tarix: 29-09-2018 21:35     Baxış: 2307 A- / A+
Baş katib  BMT qurumlarının və şəxsən özünün sülh prosesinin inkişafına töhfə verməyə hazır olduğunu bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

Manevr.az XİN-ə istinadən xəbər verir ki, Baş katib Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə icrası və mədəniyyətlərarası dialoqun təşviqinə verilən dəstək və töhfəni xüsusi olaraq vurğulayıb.

Məmmədyarov səmimi qəbula görə Baş katibə minnətdarlıq edib, onu 2019-cu il iyunun 14-15-də Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Sammitində iştirak etməyə dəvət edib.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə iki gün əvvəl Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüş barədə məlumat verib. Görüşün nəticələrinə əsasən Minsk qrupunun həmsədrləri tərəfindən yayılmış bəyanatda da qeyd olunduğu kimi, substantiv danışıqların intensivləşdirilməsinin zəruri olduğunu vurğulayıb.

A.Quterreş münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu tərəfindən aparılan fəaliyyətə dəstək verdiyini qeyd edib, BMT qurumlarının və şəxsən özünün sülh prosesinin inkişafına töhfə verməyə hazır olduğunu bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar