Xəbər lenti
"Bundan sonra isə onlara nəinki Dağlıq Qarabağ, heç Ermənistan torpaqları da lazım olmayacaq” -Ekspert
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbətin nəticəsi olaraq qoşunların təmas xəttində və Ermənistanla sərhəddə insidentlərin qarşısının alınması üçün operativ əlaqə mexanizmlərinin yaradılması qərara alınıb. Münaqişənin həlli ilə bağlı danışıqlar Azərbaycan və Ermənistan arasında davam etdiriləcək. Ümumiyyətlə, Azərbaycan həmişə bu münaqişənin həlli üçün danışıqlara şərait yaradıb. Düşənbədə bir daha sübut olundu ki, Prezident İlham Əliyev təcrübəli dövlət başçısı, uzun illərin praqmatik siyasətçisi kimi bu dəfə də ona uzanan əli rədd etmədi. Bu, Paşinyan üçün sevindirici oldu. O, əvvəllər “danışıqlar Dağlıq Qarabağla aparılmalıdır” desə də artıq gerçəkliyi dərk etdi.
Manevr.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Azər Həsrət deyib.
Ekspert bildirib: “Düşənbədəki bu söhbət əslində danışıqların gerçək tərəflərinin məhz Azərbaycan və Ermənistan olduğunu bir daha təsdiqləmiş oldu. Düşənbə görüşü Paşinyanın obyektiv gerçəkliyi, kiminlə danışıb anlaşmaq lazım olduğunu başa düşməsi kimi qəbul edilməlidir. Belə olan halda təbii ki, Azərbaycan da münaqişənin dinc həlli yoluna sadiqliyini qoruyacaq, danışmaq mümkün olan yerdə gücdən istifadəyə zərurət görməyəcək. Paşinyan Düşənbə görüşünü bir şans kimi qiymətləndirməli, bundan münaqişənin dinc yolla həlli üçün fürsət kimi istifadə etməli, hər şeydən öncə erməni xalqını uzun illərin ağır bəlasından xilas etməlidir. Əgər belə edərsə o, erməni xalqına tarixi xidmət göstərmiş olacaq. Əks təqdirdə, Ermənistan boşalmaqda davam edəcək, ölkənin çöküşü daha da sürətlənəcək. Bundan sonra isə onlara nəinki Dağlıq Qarabağ, heç Ermənistan torpaqları da lazım olmayacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar