Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

Putin Bakı ilə bu əlaqələrdən niyə razıdır? – Faktlar

Tarix: 29-09-2018 12:01     Baxış: 2220 A- / A+
Putin Bakı ilə bu əlaqələrdən niyə razıdır? – Faktlar


Putin Azərbaycanla Rusiya arasındakı iqtisadi və ticari əməkdaşlıqdan razıdır.

Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin Bakıya səfəri ilə bağlı danışan politoloq politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Vladimir Putinin Azərbaycana səfərinin sırf iqtisadi əməkdaşlıqla bağlı olduğunu bildirib:

“Putin gələn ay yenə Bakıya səfər edəcək. O, Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Humanitar Forumda iştirak edəcək. Putin iki ölkə arasındakı iqtisadi və ticari əməkdaşlıqdan razıdır və bu baxımdan mövcud vəziyyəti əks etdirən faktorlar var: Azərbaycan Rusiya ilə birgə Şimal-Cənub nəqliyyat dəhlizini reallaşdırır, Samur çayı üzərindən Azərbaycanı Dağıstanla birləşdirəcək körpünün tikintisi ilə bağlı razılıq var, Xəzərdə Azərbaycan və Rusiya limanlarını birləşdirəcək kruiz səyahətləri həyata keçiriləcək, “Rosneft” və SOCAR “Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq, Azərbaycan milli aviaşirkəti Rusiyanın müxtəlif şəhərlərinə həftədə 50-dən çox reys həyata keçirir, Rusiyadan Azərbaycana gələn turistlərin sayı artır, 9 ay ərzində 700 minədək rusiyalı Azərbaycanı ziyarət edib, Rusiya ilə əməkdaşlıq sayəsində Azərbaycanda artıq “KamAZ”, “Ural” avtomobilləri buraxılır, Rusiyanın 20-yə yaxın subyektinin Azərbaycanla müvafiq razılaşmaları var, Rusiyanın regionlarının Azərbaycanda ticarət nümayəndəlikləri açılır və s.”

Politoloq qeyd edib ki, Rusiya Azərbaycanla iqtisadi-ticari əməkdaşlığı genişləndirmək, birgə layihələr reallaşdırmaq istəyir:

“Rusiya ilə iqtisadi, ticari və müəyyən limit çərçivəsində hərbi əməkdaşlıq Azərbaycan üçün faydalıdır. Rusiya Azərbaycanın kənd təssərrüfatı malları üçün ən münbit bazardır”.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar