Xəbər lenti
Putin nəyə görə məhz indi Bakıya gəlir?
Vladimir Putin Bakıya səfərə gəlir. Rusiya prezidenti nəyə görə məhz indi Azərbaycana gəlir? Axı o, azərbaycanlı həmkarı İlham Əliyevlə lap bu yaxınlarda, biraz da konkret desək, sentyabrın 1-də görüş keçirmişdi. Bu qədər qısa zaman kəsiyində ikinci dəfə yüksək səviyyəli görüşün keçirilməsini zəruri edən amillər nədir?
Əvvəlcə onu qeyd edək ki, Kreml rəhbərinin gözlənilən səfəri ölkəmizin siyasi çevrələrində çox ciddi müzakirələrə səbəb olub. Bəziləri belə bir arqument irəli sürür ki, Putin Ermənistanın dikbaş baş naziri Nikol Paşinyanı Azərbaycanın əliylə cəzalandırmaq üçün kiçik bir müharibə ssenarisini müzakirə etmək məqsədilə gəlir və guya ki, bunun müqabilində 5 rayonun Azərbaycana qaytarılmasına zəmanət veriləcək. Digərləri isə hesab edir ki, bu səfərin gedişində Azərbaycanın KTMT-na üzvlüyü məsələsi razılaşdırılacaq. Hətta bu səfərin Azərbaycandan geopolitik güzəştlər qoparmaq məqsədi güddüyünü iddia edənlər də var. Ancaq bunların hamısı sadəcə fərziyyədən və sərhədsiz fantaziyalardan başqa bir şey deyil.
Putinin Bakıya budəfəki səfəri zamanı prezidentlər ilk növbədə Soçidəki danışıqlarda qismən razılaşdırılmış və eləcə də razılaşdırılmamış məsələləri müzakirə edəcəklər. Qeyd edək ki, sentyabrın 1-də Soçidə tərəflər iqtisadi və siyasi xarakterli 17 sənəd imzalayıblar, 2024-cü ilə qədər fəaliyyət planını və əməkdaşlığın inkişafı istiqamətində “yol xəritəsi” üzrə beş memorandum qəbul ediblər, mühüm problemləri müzakirə edərək, iki ölkə arasındakı münasibətlərin inkişafı barədə söhbət aparıblar, eləcə də regional və beynəlxalq situasiya ətrafında fikirlərini bölüşüblər.
Rusiya-Azərbaycan arasındakı dialoq mühitinin intensivləşməsinin növbəti həlqəsi hesab edilən sabahki görüşdə xüsusilə hərbi-texniki əməkdaşlıq, energetika məsələləri ətraflı müzakirə ediləcək. Habelə, bu ilin sonlarında Rusiyada İran və Azərbaycan prezidentlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan üçtərəfli sammitdə müzakirəsi nəzərdə tutulan məsələlər müəyyənləşdiriləcək. Bu sammit regional təhlükəsizliyin təmin edilməsi baxımından çox önəmlidir. Etiraf edək ki, hal-hazırda regional təhlükəsizlik baxımından Kreml rəhbərliyini narahat edən bir sıra problemlər mövcuddur. Xüsusən də, İranda və Ermənistanda istənilən an destabilizasiya vəziyyəti yarana bilər. Bunu İranın Əhvaz məntəqəsindəki parad zamanı baş verən qanlı terror olayları da əyani təsdiqlədi. Bu kimi fors-major hallar isə istər-istəməz Azərbaycan üçün də, Rusiyanın özü üçün təsirsiz ötüşmür. Odur ki, geniş geopolitik məkan kontekstində Azərbaycan regiondakı təhlükəli situasiyaların önlənməsi baxımından Rusiya üçün çox əla tərəfdaş sayılır. Azərbaycan Suriyadan, İrandan, bütövlükdə isə Yaxın və Orta Şərqdən gələ biləcək mümkün təhlükələrin qarşısını almaqla və minimallaşdırmaqla həm də Rusiyanın cənub sərhədlərində təhlükəsizliyi təmin etmiş olur. Rusiya Azərbaycanın bu rolunu qiymətləndirir.
Danışıqlar zamanı heç şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də əsas müzakirə mövzusu olacaq. Beləliklə, Vladimir Putinin gözlənilən Bakı səfəri bütün aspektlərdən həm Rusiya və Azərbaycan üçün, həm də bütövlükdə Güney Qafqaz üçün həlledici əhəmiyyətə malikdir. Rusiya-Azərbaycan münasibətlərinin inkişafı, münbit dialoq mühiti istər regiona, istərsə də beynəlxalq aləmə səmərə verəcək. Bu görüşdə rəsmi Bakının Rusiyaya hər hansı bir güzəştlərə gedəcəyindən söhbət belə gedə bilməz. Odur ki, müxalifətçi ekspertlərə tövsiyyəmiz budur ki, Nostradamus kimi münəccimlik etməsinlər və Putin-Əliyev görüşünə süni surətdə dramatik don geyindirməsinlər. moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar